Bakıda “Çelsi”nin futbolçuları dalaşıb, baş məşqçi papağını yerə atıb – VİDEO

Bakıda “Çelsi”nin futbolçuları dalaşıb, baş məşqçi papağını yerə atıb – VİDEO


İngiltərənin “Çelsi” komandasının Avropa Liqasında “Arsenal”la keçirəcəyi oyundan öncə son məşqində futbolçular arasında qalmaqal baş verib.

Bakı Olimpiya stadionundakı hazırlıq prosesi zamanı argentinalı hücumçu Qonsalo İquain və braziliyalı müdafiəçi David Luiz arasında gərginlik yaşanıb. İquain komanda yoldaşına nə isə deməyə çalışsa da, Luiz onu əli ilə itələyib.



Bundan sonra baş məşqçi Mauritsio Sarri braziliyalı oyunçu ilə söhbət etməyə başlayıb. Meydanı tərk edərkən isə italiyalı mütəxəssis kepkasını başından çıxararaq yerə tullayıb və təpiklə vurub.

Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 23:00-da başlanacaq.

oxu.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər