“Çelsi”də növbəti itki: Dünya çempionu Bakıya gələ bilməyəcək

“Çelsi”də növbəti itki: Dünya çempionu Bakıya gələ bilməyəcək



İngiltərənin “Çelsi” klubu Bakıda “Arsenal”la keçirəcəyi Avropa Liqasının final matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

“Report”un “The Guardian”a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi N Qolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada “zadəganlar”a kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər