Trampın Venesuela qərarı Ərdoğanı şoka saldı

Trampın Venesuela qərarı Ərdoğanı şoka saldı














Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Venesuela parlamentinin spikeri Xuan Quaidonu dövlət başçısı kimi tanımasına münasibət bildirib.
Xarici KİV xəbər verir ki, bu barədə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib:

“Mən 40 ildir siyasətdəyəm. Həmişə də seçimlərə hörmətlə yanaşmışam. Əgər xalqın seçiminə hörmət yoxdursa, bu demokratiya deyil, diktaturadır. Maduro prezident olaraq seçilib. Bu səbəbdən demokratiyaya inanan biri kimi Trampın qərarı məni şoka saldı. Mən Maduroya zəng etdim: “Bərk dur: demokratiya uğrunda mübarizə aparanlar və seçimlərə hörmət edənlər birlikdə olmalıdırlar”,-deyə söylədim”.

Ərdoğan Maduronun problemlərin öhdəsindən gələcəyinə ümid etdiyini vurğulayıb.
“15 iyulda (2016-cı ildə-red) bizdə dövlət çevrilişinə cəhd edilən zaman Maduro dərhal zəng elədi, hərçənd biz tanış deyildik. Beləliklə biz tanış olduq. Ancaq Avropa Birliyindən heç kim əlaqə saxlamadı. Biz bunu unutmadıq. Bu səbəbdən kimi demokrat olduğunu kimin isə olmadığını bilirik”,-deyə Türkiyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər