Maduro Venesuela prezidenti postunu tərk etməyəcəyini bildirib

Maduro Venesuela prezidenti postunu tərk etməyəcəyini bildirib














Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Venesuelanın xəbər agentliyi məlumat yayıb.

“Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməyəcəyəm, bunu heç vaxt etməyəcəyəm”, – deyə o bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər