Varlıların İsveçrə macəraları – tualetin unitazından 100 min avro çıxdı

Varlıların İsveçrə macəraları – tualetin unitazından 100 min avro çıxdı














Xadimə və aşpaz 26 min avro mükafat alacaqlar
İsveçrəninin Fransa sərhədindəki Leman gölünün yaxınlığında yerləşən Cenevrə şəhəri dünyaca məşhurdur. Dünyanın varlı adamlarının həvəslə ziyarət etdiyi Cenevrədə bəzən son dərəcə qəribə hadisələr baş verir. İsveçrənin yerli “Blick” qəzeti belə olaylardan biri haqqında məlumat yayıb.

Qəzet yazır ki, 2017-ci ilin iyun ayında şəhərdəki bir neçə ictimai tualetdə tıxanıqlıq yaranıb. Problemi həll etməyə səy göstərən təmizlikçi xadimə və restoranın aşpazı tezliklə müəyyən edib ki, unitazın tutulması 500 avroluq əskinaslarla əlaqəlidir. Kimlərsə 100 min avrodan artıq pulu hissə-hissə müxtəlif unitazlara atıb. O səbəbdən də kanalizasiya xətti qapanıb.

Pulları aşkar edənlər polislə əlaqə saxlayıb. İstintaq tərəfindən hadisəni törədən şəxslər müəyyən edilib. Bəlli olub ki, pullar İsveçrənin ən böyük bankı olan UBS-dən götürülüb. İspaniyadan olan iki qadın və bir kişi bu işə görə məsuliyyət daşıdığını etiraf edib. Vəkil vasitəsi ilə sualları cavablandıran ispanlar törətdikləri əmələ görə cərimə ödəməyə hazır olduqlarını da bəyan ediblər. Unitaz vasitəsi ilə kanalizasiyaya axıtmaq istədikləri 100 mindən artıq avrodan da imtina etdiklərin rəsmən bildiriblər. Bununla da istintaq bu işə xitam verib.

İsveçrə qanunlarına görə, təmizlik üzrə xadimə və aşpaz ortada olan pulun dörddə birini almaq haqqına sahibdir. Bu isə 26 min avro deməkdir.

Qəzet yazır ki, bu qədər pulu səxavətlə verilmiş yeni il hədiyyəsi kimi də qəbul etmək olar.

Elbəyi Həsənli,
Musavat.com

Xəbərin linki: https://www.blick.ch/news/schweiz/westschweiz/noten-in-genfer-wcs-gefunden-putzfrau-und-koch-duerfen-die-26000-euro-behalten-id15087377.htmlБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər