Mingəçevirdə DTA-nin iş fəaliyyətinə niyə kölgə salınır?

  Mingəçevirdə DTA-nin iş fəaliyyətinə niyə kölgə salınır?

















   Bu gün bölgədə Mingəçevir Turizm Kollecinin “rüşvətxorluq yuvası” kimi tanınması hər kəsə bəlli olan həqiqətlərdir. Çünki, adı çəkilən bu kollecdə özbaşınalıq, rüşvətxorluq, tələbələrin şəxsiyyətini bir növ alçatmaq, onlara ancaq pul kisəsi kimi baxmaq, təhsili “haqq-hesab” üzərində qurmaq və s. kimi düşündürücü problemlər var. Hər imtahan sessiyası zamanı xoşagəlməz hadisələr haqda da məlumatlar əldə edirik. Yəni, belə bir məlumatlar əldə edirik ki, əksər müəllimlər və şöbə müdirləri tez-tez imtahanlara hazırlıqla bağlı tələbələri “təlimatlandırırlar”. Tələbələrin əksəriyyəti sesiya imtahanları zamanı direktorun müəyyən şərtlərini yerinə yetirdikdən sonra, arzularını “çin edə bilirlər”. Öz biliyi hesabına qiymət almaq istəyən tələbələrə isə, məqsədli şəkildə əngəllər yaradılır. Bəzi müəllimlər və şöbə rəhbərləri əsassız olaraq tələbləri incidirlər. Son anda tələbə irəli sürülən şərtlərdən “cana doyub” imtahandan hər kəsin keçdiyi qayda ilə keçməyə məcbur olurlar. Bu gün də kollec ölkəmizin turizm sektoruna savadlı kadrlar hazırlaya bilmir. Bir məsələni xüsusi vurğulayaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il kollecə müəyyən sayda plan yeri ayırır. Yəni, kollecə həmin plandan artıq tələbə qəbul edilə bilməz. Buna baxmayaraq, direktor qəbul imtahanları başa çatdıqdan az sonra yüksək nəticə göstərə bilməyən abituriyentləri testdənkənar yollarla kollecə qəbul edir.

   Xezerpress.az olaraq, əldə etdiyimiz səhih məlumatlara görə, bu təhsil müəssisəsinin fəaliyyətində hələ də çatışmazlıqlar mövcuddur. Kollecin rəhbəri Əyyub Əyyubov təhsil ocağını lazımınca idarə edə bilmir. Bu şəxsdən hər ilin dərs günlərində nə tələbə, nə də müəllim kollektivi giley-güzarını gizlədə bilmirlər. Çünki, yuxarıda qeyd etdiyimiz kimi tələbələrin qarşısına şərtlər qoyulur. Yəni, oxuyan və oxumayan tələbələr irəli sürülən şərtlərə əməl etmək məcburiyyətində qalırlar. Kollecdə elə müəllim olur ki, qiyməti öz savadı hesabına almaq istəyən tələbənin tərəfində olsa da, son anda o, kollec rəhbərinin tələblərini yerinə yetirməyə məcbur qalır. Əks halda rəhbərliyin qəzəbinə tuş gəlməli olur. Ən xoşagəlməz hal isə, sözügedən təhsil ocağında özbaşınalığın hökm sürməsidir. Yəni, nə kollecə gələn, nə də ki, gedən bəlli olur. Söylənilənlərə görə Əyyub Əyyubov kollecə qanunsuz tələbə qəbul edir və çox zaman həmin şəxslərin adlarının jurnala yazılmasına imkan da vermir. Elə ki, kollecə yoxlama gəlir, o halda təhsil ocağına qəbul edilən tələbələr dərhal evə göndərilirlər. Birinci kursu bitirdikdən sonra həmin tələbələrin adları ikinci kursdan jurnala yazılır.

     Bundan başqa müəllimləri özünə tabe edən Əyyub Əyyubov, onlara da yersiz müdaxilələr edir. Belə ki, o, semestr imtahanları zamanı müəllimlərdən tələbələrə aşağı qiymət yazmalarını tələb edir. Heç bir tələbəyə yüksək qiymət verilməsin tələbini irəli sürür. Hansı müəllim tələbələrə yüksək qiymət yazarsa, həmin müəllimi işdən çıxaracağıyla hədələyir. Ona görə də hər zaman Mingəçevir Turizm Kollecinin müəllim heyyəti ilə rəhbərlik arasında münasibətlər gərgin olur. Söylənilənlərə görə Əyyub Əyyubov kollecdə "ölü can”lar da saxlayır. Yəni, o, öz yaxın adamlarının adlarını təhsil ocağında müəllim kimi sənədləşdirsə də, onlar heç zaman məktəb üzü tanımırlar. Kollecdə müəllim kimi çalışan, amma pedaqoji təhsili olmayan kifayət qədər "müəllim"in olduğu da danışılır. Onların da əksəriyyətinin Mingəçevirdə hansısa kursu bitirmiş şəxslər olduğu söylənilir. Belə bir addımlarının nəticəsidir kli, hansısa maraqları çərçivəsində həmin şəxsləri işə götürən kollec direktoru, bu gün təhsil ocağını anarxiyaya, xaosa çevirib. Uzun illərdir ki, təhsilin keyfiyyətini arxa plana keçirən Əyyubov, bu gün də kolleci öz qaydaları əsasında idarə edir. Bu şəxsi təhsilin keyfiyyəti deyil, daim öz maraqları düşündürür. Ona görə də Mingəçevir Turizm Kollecini bitirən tələbələrin əksəriyyəti öz ixtisaslarına uyğun çalışmırlar, çoxları da işsiz qalırlar. Yaşananlarla bağlı Təhsil Nazirliyinin sözügedən təhsil ocağı ilə bağlı ciddi araşdırmalar aparmasına ehtiyac duyulur. Təhsilə kölgə salan Əyyub Əyyubovun bu sahədən getməsi, yəqin ki, bu təhsil ocağını təhlükədən xilas etmiş olacaq. Ehtimal etmək olar ki, Mingəçevir Turizm Kollecini Beynəlxalq Universitetin aqibəti gözləyir. Onu da qeyd edək ki, Əyyub müəllimin saxta diplom və tələbələrdən nəsə toplamaq sahəsində əvəzsiz təcrübəsi var. Biz bu gün belə bir qənaətdəyik ki, Mingəçevir Turizm Kollecində yaşanan çoxsaylı qanunsuzluqların varlığını Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev eşidəcək və baş verənlərlə bağlı lazımi addımlarını da atacaq. O halda yəqin ki, kollecin müəllim kollektivi ilə bərabər, tələbə heyyəti də rahat nəfəs ala biləcəklər. Amma, buna baxmayaraq tərəfimizdən aidiyyəti üzrə müraciətlərimizi də çatdıracağıq ki, yaşananlarla bağlı hüquqi müstəvidə araşdırmalar aparılsın. Qarşı tərəfi də dinləyə bilərik.

   Mövzunu diqqətdə saxlayacağıqБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər