Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar



Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova Aşağı Güzdək qəsəbə sakinləri ilə görüşdü


Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə icra hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Ölkədə, eləcə də Abşeron rayonunda həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan İ.Gülməmmədova əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdən söz açıb. Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Aşağı Güzdək qəsəbəsində də əhalinin surətlə artdığını və bunun da nəticəsində qəsəbədə kommunal xidmətlərin tam şəkildə göstərilməsi üçün bəzi təlabatların yarandığını önə çəkən İ.Gülməmmədova yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.

Sonra Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürovun və qəsəbə bələdiyyəsinin sədri Mahuzər Şirəliyevanın hesabat xarakterli məruzəsi dinlənilib.

Daha sonra çıxış edən qəsəbə sakinləri əsasən küçələrin abadlaşdırılması, yeni məhlələrə kanalizasiya xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

Qəbuldan sonra Aşağı Güzdək 29 saylı körpələr evi – uşaq bağçasına gələn İ.Gülməmmədova burada yaradılan şəraitlə tanış olub.

Xanım başçı daha sonra qəsəbənin mərkəzinə gələrək sakinlərlə küçələrə baxış keçirib, problem və çatışmamazlıqları yerindəcə araşdırıb, lazimi göstəriş və tapşırıqları verib.


Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar

İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur. Bu əminlik isə yalnız sözdən ibarət deyil. İlk öncə bir qadın icra başçısnın rəhbərliyinin nə qədər effektli, uğurlu olmasına aydınlıq gətirək. Burada tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədova Abşeron rayonunda yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamqla yanaşı onu daha sosial harmoniya halına gətirib. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazsində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Lakin, zamanında yaranan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf İradə xanımın rəhbərliyi dövründə sosial harmoniya qazanaraq yeni mərhələyə qədəm qoyub. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib. Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur. İndi belə rəy formalaşmağa başlayır ki, qadınlar cəmiyyətdə harmoniyanı təmin etmək baxımından kişilərdən daha üstün imkanlara malikdirlər. Yeri gəlmişkən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi. Bu sadəcə gender bərabərliyi deyil. Bu iqtidar-cəmiyyət, sosial qruplar və ən nəhayətdə insanlar arasında harmoniyanın bərqərar olması deməkdir.

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar


İradə Gülməmmədovanın Abşeron rayonunda ictimai münasibətlər sistemini daha da irəli götürərək harmoniya yaratmasında heç şübhəsiz ki, onun peşəsindən irəli gələn şəfqət hissi də az təsirini göstərməyib. Qeyd edək ki, İradə xanım ixtisasca həkimdir. Yeri gəlmişkən qeyd edək ki, Birinci vitese-prezident Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Birinci vitse-prezidentin sosial sahəyə nəzarəti öz üzərinə götürməsi də həkimlərin hakimiyyətdə təmsilçiyinin sosial sahənin daha çox önə çəkilməsinə, beləliklə cəmiyyətdə harmoniyanın bərqarar olmasına və dərinləşməsinə yardım etməsini bir daha təsdiqləyir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparılır.
Prezidentin ona etibar etdiyi bütün postlarda İradə xanım Gülməmədova özünü doğruldub. Həm həkim olarkən həm müavin olarkən.Bu da əvəzsiz qalmayıb. Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmədova Prezident İlham Əliyev tərəfindən təltif edilib. Dövlət başçısı Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur .

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar


Rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və kanalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar. Əslində buna ehtiyac da yoxdur. Amma bir məsələ dəqiqdir: rayon inkişaf edir, abadlaşır, gözəlləşir. Və bu yüksəliş abşeronların ürəyincədir. Həyata keçirilən genişmiqyaslı layihələr, abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, bu gün Abşeron özünün çiçəklənən, inkişaf edən dövrünü yaşayır.

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər