Səbail rayonu yüksələn templə inkişaf edir

Səbail rayonu yüksələn templə inkişaf edir









Azərbaycanın dinamik tərəqqisi, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin qısa müddətdə möhtəşəm inkişaf yolu keçdiyini qətiyyətlə söyləməyə əsas verir. Təbii ki, bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.

Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri Səbail rayonunda yüksələn templə davam edir. Rayonun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ölkə başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Səbail rayonunda bir çox mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb. Ölkə başçısı rayonda aparılan işlərə xüsusi əhəmiyyət verib, mütəmadi olaraq burada aparılan işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib.

Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir Azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir Azərbaycan dövləti də olmazdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur.
Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olmuşdur.
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur. Ulu öndərin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində «Qurucu İlham» kimi təsdiq olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırki çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
Eldar Əzizov vurğulamışdır ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb. Hazırki mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyinin qoruyub saxlamağı, onu inkişaf etdirməyi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməyi, balanslaşdırılmış siyasət yürütməyi yalnız xüsusi istedada olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan sözsüz ki, cənab İlham Əliyevdir. Bu kimi xüsusiyyətləri olan insanlar tarixdə dahi dövlət xadimi kimi xarakterizə edilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər