Ədalət Babayev: Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır

Ədalət Babayev: Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır












Son illər ərzində ölkəmizdə Suvarma Sistemləri İdarəsi layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələr uğurla davam etdirilir.
Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Rayonumuzun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.

Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev


Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev - Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.


Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanlarda xoş ovqat yaradırdı.

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.


Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Mübaliğəsiz demək olar ki, Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bayramınız mübarək!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər