Təhsil şöbəsində əlbəyaxa dava - Sensasion rüşvət açıqlamaları

Təhsil şöbəsində əlbəyaxa dava - Sensasion rüşvət açıqlamaları

















Ağcabədi Rayon Təhsil Şöbəsində əlbəyaxa dava baş verib.

Ağcabədi Rayon Təhsil Şöbəsində rayon məktəb direktorlarının və işçilərinin iclası zamanı təhsil şöbəsinin müdir müavini Əfrasiyab Məmmədovla metodist Baxşeyiş Məmmədovun arasında əlbəyaxa dava baş verib. Baxşeyiş Məmmədovun saytımıza verdiyi məlumata görə davaya səbəb müdir müavini Əfrasiyab Məmmədovun iclas zamanı onu söyməsi, şəxsiyyətini təhqir etməsi olub. Metodistin verdiyi məlumata görə pensiya yaşı çatan və bir müddət əvvəl Təhsil naziri tərəfindən şiddətli töhmət alan Əfrasiyab Məmmədov onu işdən çıxartmaqla hədələyir. Rayon təhsil şöbəsinin müdiri Solmaz Məhərəmmova isə metodist Baxşeyiş Məmmədova 1 ay vaxt verərək ona özünə yeni iş tapmağı, onunla işləməyəcəyi, işləmək üçün özünün yeni komandası olduğunu bildirib. Baxşeyiş Məmmədov isə məsələ ilə bağlı Təhsil Nazirliyinıə məktub göndərək, hadisə ilə bağlı tədbir görülməsini xahiş edib.
Onu da bildirək ki, Baxşeyiş Məmmədovun saytımıza verdiyi aşıqlamaya görə Ağcabədi Rayon Təhsil Şöbəsin müdir müavini Əfrasiyab Məmmədov pensiya yaşı çatmış məktəb direktorlarından, işlərini davam etdirmək üçün külli miqdarda rüşvət aldığını bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov məsələnin araşdırılacağını bildirib. "Bizdə daxili nəzarət şöbəsi var.Bu şöbə məsələni araşdıracaq. Əgər o şəxs bizə məktub da göndəribsə, lap yaxşı deməli araşdırma artıq başlayıb.”
Bizimyol.info
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər