İqbal Heydərov: Ölkə daxilində və xaricində uğurlara imza atmış akademik peşəkar heyətimizlə ixtisaslaşmış tibbi xidmətləri sizlərlə bir araya gətiririk

İqbal Heydərov: Ölkə daxilində və xaricində uğurlara imza atmış akademik peşəkar heyətimizlə ixtisaslaşmış tibbi xidmətləri sizlərlə bir araya gətiririk


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı “Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərov digər insanlardan xarakteri ilə fərqlənir...

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan İqbal Heydərov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

“Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

“Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. İqbal Heydərov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

“Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İqbal Heydərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İqbal Heydərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İqbal Heydərov: Ölkə daxilində və xaricində uğurlara imza atmış akademik peşəkar heyətimizlə ixtisaslaşmış tibbi xidmətləri sizlərlə bir araya gətiririk


Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda İqbal Heydərov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

SAĞLAMLIQ BƏLƏDÇİSİ
Batıgöz Sağlamlıq Qrupunun şəxsən sahəsində ixtisaslaşmış həkimlərinin məlumatları və təcrübələri ilə hazırlanan Sağlamlıq Bələdçisi sizi bir çox mövzuda məlumatların ən düzgün halı ilə bir araya gətirəcək.

Uzman Həkimlər
Ölkə daxilində və xaricində uğurlara imza atmış akademik peşəkar heyətimizlə ixtisaslaşmış tibbi xidmətləri sizlərlə bir araya gətiririk.

HƏKİMLƏRİMİZ
Bir-birindən təcrübəli, peşəkar həkim kollektivimiz, illərin verdiyi məlumat toplusu və keyfiyyətli xidmət anlayışımızla, siz dəyərli xəstələrimizin xidmətindəyik.

Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz Sağlamlıq Qrupu, mütəxəssis həkim heyəti və peşəkar komandası ilə yerli və beynəlxalq mərkəzlərində xəstə yönümlü xidmət təqdim etmə prinsipini mənimsəmişdir.

2004-cü ildə İzmirdə qurulan Batıgöz Sağlamlıq Qrupu, göz sağlamlığı sahəsində keyfiyyətli xidmət anlayışı ilə böyüməyə davam edir. Yeni nəsil texnoloji cihazları, mütəxəssis həkimləri və təcrübəli heyəti ilə İzmir (2004), İstanbul (2015) və Manisada (2016) xidmətlərini davam etdirir. Rumıniya (2010), Ukrayna (2017) və Hollandiyadakı (2018) filialları ilə beynəlxalq aləmdə yüksək keyfiyyətli xidmət anlayışını və uğurunu sübut etdi.

Batıgöz, göz xəstəliklərinin diaqnozu və müalicəsi sahəsindəki müvəffəqiyyətinə əsaslanaraq, 2017-ci ilin sonunda göz xəstəlikləri də daxil olmaqla 18 fərqli şöbəni özündə birləşdirən Balçova Cərrahi Tibb Mərkəzini istifadəyə verdi.

Batıgöz Sağlamlıq Qrupu, tibb dünyasındakı yeni müalicə metodlarını və texnoloji inkişafları yaxından izləyir və tərkibindəki bütün mərkəzlər buna sürətlə uyğunlaşır. Qabaqcıl texnoloji diaqnoz və müalicə cihazları ilə sağlamlıq xidmətləri göstərən Batıgöz, mütəxəssis həkimləri və təcrübəli səhiyyə işçiləri ilə daima xəstələrin məmnuniyyətinə diqqət yetirir. Batıgözün bütün mərkəzlərində, xəstələrin müayinə edildiyi andan xəstəxanadan çıxana qədər ən keyfiyyətli xidmət alması üçün hər şey düşünülmüşdür.

Batıgöz Sağlamlıq Qrupu, beynəlxalq xəstələrə professional sağlamlıq xidmətləri təqdim edir. 2004-cü ildə qurulduğu gündən bəri, Batıgöz, inkişaf etmiş texnologiyası və xəstə yönümlü yanaşması ilə əcnəbi xəstələr tərəfindən ən çox seçilən qurum halına gəldi. Batıgöz Sağlamlıq Qrupu, Türkiyədaxili 6 və xaricdə 5 mərkəz olmaqla mütəxəssis həkimləri və peşəkar qrupu ilə hər gün minlərlə insana xidmət göstərməyə davam edir.
Daxili və xarici bazarlara yatırımlarını davam etdirən Batıgöz Sağlamlıq Qrupu, digər sağlamlıq sahələrində böyüməyi hədəfləyir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər