Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN

Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Niaqara restoranının sahibi Şahin müəllimdir.

Niaqara restoranının sahibi Şahin müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Niaqara restoranının sahibi Şahin müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.



Niaqara restoranı ad günü, nişan, yeni il, banket və digər tədbirlərin keçirilməsi üçün ən uyğun və əyləncəli bir məkan olduğu bir çox paytaxt sakilərinə artıq bəllidir. Restoranda hər gün şəhərin ən popuylar sənətkarlarının və DJ-lərin iştirakı ilə şou proqramlar təşkil olunur. Buranın ləziz yeməkləri artıq bir çox qonaqlarımızın təkrar olaraq daim bizə öz şad günlərinin keçirilməsi üçün üz tutmasına səbəb olub. Eyni zamanda hündür tavan, təbii palma ağacları, şüşəli 1000 nəfərə qədər geniş zal buraya heç yerdə rast gələ bilməyəcəyiniz xoş və qeyri adi bir atmosfer yaradır. İstənilən sayda qonaq sayına uyğun sifariş edə biləcəyiniz masalar Sizin hər növ tədbiriniz canlı və maraqlı keçirilməsinə zəmanət verir. Canlı ifa altında səhnəmizin ən məşhur müğənniləri isə Sizin gecənizin şən auraya qərq olması üçün təkrarsız bir abu-hava yaradır. Biz Niaqarada xoşbəxtliyin astanasını gördük. Biz Niagarada xoşbəxtliyin zirvə nöqtəsini gördük. Biz Niaqarada ən duyğulu anları gördük. Biz bu məkanda önəmli qərarların verildiyini gördük. Bəs siz bu məkanı gördünüzmü? Niaqara – görmək istədiyin məkan!

Niaqara restoranının sahibi Şahin müəllim - Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. 44 günlük vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyuldu, yenilməz ordumuz qüdrətli və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarmaqla bütöv və müstəqil Azərbaycanın sərhədlərini bərpa etdilər. Bu möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN


Hər kəsə məlumdur ki, Silahlı Qüvvələr hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biridir. Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində milli hərbi kadrların yetişdirilməsi üçün apardığı böyük işlər, eyni zamanda Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın silahlı qüvvələrinə göstərdiyi diqqət və qayğı bu günkü zəfərlərimizin ana xəttini təşkil edir. Çünki Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində sovetlər zamanı Bakıda milli kadrlar hazırlayan hərbi məktəbin yaradılması, eyni zamanda Azərbaycandan olan gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin ən müxtəlif ali hərbi məktəblərinə göndərilməsi sonrakı illərdə müstəqil Azərbaycan Ordusunun formalaşması üçün mühüm baza oldu.

O zaman Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu, sözün əsl mənasında böyük liderin bütün dəmir maniələri yarıb keçən cəsarətli addımı, öz xalqının gələcəyi üçün gördüyü tarixi addım sayılmalıdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.
Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bü gün Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yuxarıda qeyd etdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə qəhrəmanlıq və şücaəti ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Dünyanın bir çox ölkəsi bu müharibədə ordumuzun istifadə etdiyi strategiya və taktikanı yüksək qiymətləndirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli Orduya malikdir.

Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.

Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək Silahlı Qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərdi. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də silahlı qüvvələrini gücləndirir.
Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN


Müharibədən ötən müddət ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəltməkdədir.

Bəli, 26 iyun Silahlı Qüvvələr Günü hər bir Azərbaycan vətəndaşının qürurla qeyd etdiyi gözəl gündür. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər