Elviz Qasımov: Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir

Elviz Qasımov: Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir


Unutmaq olmaz ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Elviz Qasımovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Elviz Qasımovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Elviz Qasımovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Elviz Qasımov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Elviz Qasımov: Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir

Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov - Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən son illər səhiyyədə aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Elviz Qasımov: Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir

“Heydər Əliyev: Səhiyyəmizin Beynəlxalq müstəvidə tanınmasına gedən yol”a həsr olunmuş “Kardiologiyanın aktual problemləri” elmi konqresi, “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktik konfransı, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin 2-ci beynəlxalq konqresi, Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu, 6-cı Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi, Bakı Ürək Günləri 8-ci Beynəlxalq konqresi, 6-cı Azərbaycan-Alman Türk Tibb Konqresi və s. kimi beynəlxalq səviyyəli tədbirlər keçirilib.

Ötən il oktyabrın 2-9-da Özbəkistanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası təşkil edilib. Tədbir çərçivəsində minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya, transplantologiya, travmatologiya və ortopediya üzrə birgə yüksək texnologiyalı əməliyyatlar aparılaraq ustad təlimlər (master-klas) verilib. Bunun davamı olaraq, hər iki ölkənin səhiyyə nazirlərinin iştirakı ilə oktyabrın 11-də səhiyyənin rəqəmsallaşması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq məsələlərinə dair Özbəkistan-Azərbaycan səhiyyə forumu təşkil edilib.

Noyabrın 13-18-də Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri zamanı ölkələrimiz arasında səhiyyə, tibb elmi, əczaçılıq və tibbi texnologiyalar sahəsində əməkdaşlığı ehtiva edən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” səhiyyə nazirləri tərəfindən imzalanıb.

Son illər Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə və s. istiqamətlərdə mühüm addımlar atılıb. Bundan əlavə, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Həmçinin, TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
Elviz Qasımov: Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər