Hikmət Mirzəyevin yerinə bu general təyin edildi - FOTO

Hikmət Mirzəyevin yerinə bu general təyin edildi - FOTO


Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsinə icraçı təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.

Hikmət Mirzəyevin yerinə bu general təyin edildi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər