May ayının sosial ödənişləri ilə bağlı VACİB MƏLUMAT - Bu tarixdə...

May ayının sosial ödənişləri ilə bağlı VACİB MƏLUMAT - Bu tarixdə...


Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ay ərzində nəzərdə tutulmuş qrafiklər üzrə ödənişlər vaxtında həyata keçirilir.

Belə ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 18-də isə respublikanın ayrı-ayrı bölgələrində qeydiyyatda olan, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyaları ödənilərək yekunlaşıb. Bu gündən isə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsinə başlanıb. Beləliklə, ay bitməmiş mayın 24-də bütün sosial ödənişlərin ödənilməsi prosesi tam başa çatdırılmış olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər