Baş separatçı Şahramanyanın keşiş Baqratla görüşə niyə getmədiyi aydın oldu... - Ermənistan KİV

Baş separatçı Şahramanyanın keşiş Baqratla görüşə niyə getmədiyi aydın oldu... - Ermənistan KİV


Xəbər verdiyimiz kimi, dünən – mayın 21-də erməni kilsəsi Tavuş yeparxiyasının rəhbəri, “Rusiyanın agenti” adlandırılan təxribatçı keşiş Baqrat Srbazan Azərbaycan ərazisində ləğv olunmuş separatçı rejimin İrəvana qaça bilmiş qondarma “hökumət” və parlament üzvləri görüş keçirib. Lakin separatçıların lideri sayılan sonuncu qondarma “prezident” Qarabağdan İrəvana qaça bilmiş Samvel Şahramanyan tədbirdə görünməyib.

Moderator.az xəbər verir ki, “Hraparak” qəzeti səhər saatlarında bəhs edilən görüşün təfsilatıyla bağlı yaydığı xəbərdə S.Şahramanyanın “Rusiyanın məşhur agenti” ilə görüşə gəlməməsinin səbəbini də izah edib.

Görüş belə təsvir olunur:

“Həzrətləri Baqrat ilə Artsax xalqı arasında dünənki qapalı görüş isti atmosferdə keçdi. Artsax xalqı çox emosionaldır, çünki Ermənistana köçdükdən sonra ilk dəfədir ki, onlarla belə rəftar olunur. Yepiskop hər kəsi dinlədi, problemləri qeyd etdi, Artsax məsələsini və onların öz torpaqlarına qaytarılması məsələsini beynəlxalq platformalarda qaldırmağın onun diqqətində olduğunu, Artsax Komitəsinin və Vardan Oskanyanın fəaliyyətindən xəbərdar olduğunu, onları alqışladığını və bu işin dövlət səviyyəsində görülməli olduğunu vurğuladı. Artsax deputatları çıxış edərək hərəkatı alqışladılar. Parlamentin vitse-prezidenti Baqunts möhtərəmi ad günü münasibətilə təntənəli şəkildə təbrik etdi”.

“İclasda yalnız Samvel Şahramanyan iştirak etməyib, çünki o, keçmiş prezidentlərin formatında görüşün təşəbbüskarıdır”- deyə erməni nəşri vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər