Tabaterra – tütün diyarıdır

Tabaterra – tütün diyarıdır




Azərbaycan Respublikasında fəaliyyət göstərən, keyfiyyət və innovativliyi ilə seçilən Tabaterra Qapalı Səhmdar Cəmiyyəti tütün məmulatlarının istehsalını həyata keçirir. Ən son texnoloji avadanlıqlardan istifadə etmək bizə dünyanın müxtəlif yerlərindən tədarük olunan tütün qarışığından keyfiyyətli məhsul istehsal etmək gücünü və təcrübəsini qazandırır. Qarşımıza qoyduğumuz ciddi hədəflər bizə istehlakçıların tütün məmulatlarına olan tələbatını ən yüksək keyfiyyətli məhsullarla qarşılamağımızı təmin edir. Qürurla qeyd etmək istəyirik ki, fəaliyyət sahəmizdə ətraf mühitin qorunması önəmli yer tutur.

Tabaterra – tütün diyarıdır. Fəaliyyət göstərdiyimiz sahədə mükəməlliyə nail olmaq bizim üçün yalnız arzuolunan hədəf deyil, eyni zamanda, güzəştə getməyəcəyimiz bir zərurətdir.

Missiyamız
Geniş çeşidli xammal, ən son texnoloji istehsal prosesi, keyfiyyətli məhsul və müştəri məmnuniyyətinə görə fəaliyyət göstərdiyimiz sahədə lider olmaq.

Yanaşmamız
Dünyanın müxtəlif yerindən tədarük olunan tütün qarışıqlarının emalı və istehsalında geniş təcrübəyə malik olan peşəkarlarımızla qürur duyuruq.

Brendlərimiz
Biz dünyanın ən tanınmış beynəlxalq brendlərini, həmçinin Argo, Kingston və Senate kimi yerli brendləri təqdim edən uğurlu tütün şirkəti qurmuşuq.
Tabaterra – tütün diyarıdır

Müasirliyin ritmi
Müasir zamanın ritminə uyğun həyata tam yeni bir baxış bucağı verməklə sizi digərlərindən fərqləndirir. Çağdaş tərzimizi qəbul edərək dinamikliyi özündə təcəssüm etdirən keyfiyyət və statusu hiss edin.

Tütün sənayesində formalaşdırdığımız əlaqələr və qazandığımız nüfuzla qürur duyuruq. Bazar lideri olaraq, biz həmçinin qeyri-qanuni tütün ticarəti ilə mübarizə aparırıq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşirin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elman Cavanşirin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elman Cavanşir səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşirə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tabaterra – tütün diyarıdır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər