Qasım Qasımov: Xalq qalib Liderinə səs verəcək!

Qasım Qasımov: Xalq qalib Liderinə səs verəcək!


Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımov - Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə fəaliyyəti həmişə ölkəmizə uğur və müsbət nəticələr qazandırıb. Bu müddətdə Azərbaycanın dövlət büdcəsi 30 dəfə, ÜDM 4 dəfə artıb, yüz minlərlə yeni iş yeri yaradılıb. Regionların sosail-iqtisadi inkişafı göz qabağındadır, infrastruktur yenilənib. Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanı dünya arenasında uğurlu və qalıb dövlət səviyyəsinə ucaldan, dünyaçaplı siyasi lider, möhtərəm, Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının iftixarı və qürur mənbəyidir. İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və Dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir.
Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir.
Qasım Qasımov: Xalq qalib Liderinə səs verəcək!

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.
İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.
Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.
Qasım Qasımov: Xalq qalib Liderinə səs verəcək!

Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər