Şirvanda zavodda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Şirvanda zavodda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlandı


Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər