Prezident seçkisindən sonra Zəngəzur dəhlizi... - GƏLİŞMƏ

Prezident seçkisindən sonra Zəngəzur dəhlizi... - GƏLİŞMƏ


"Zəngəzur dəhlizi üzərindəki nəqliyyat yollarının yenidən qurulması üçün ən azı 3 il müddət lazımdır". Bu sözləri siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Ermənistan bu və digər formada nəqliyyat yolunun açılmasına razıdır. Amma dünya standartları səviyyəsində yol üzərində həm dəmir yolunun, həm də avtomobil yolunun çəkilişi kifayət qədər vaxt aparacaq: "İrəvan Zəngəzur dəhlizindən birmənalı imtina edə bilməz, çünki belə bir addım Ermənistanın tam blokadaya düşməsi deməkdir. Azərbaycan Qazaxın sərhədə birləşmiş 4 kəndini geri alsa, digər 3 kəndi nəzarətə götürsə, Ermənistanın dünyaya çıxışı bağlanacaq. İran öz marağına uyğun olaraq, Ermənistanı dəhliz məsələsində oyundan kənarda saxlamağa çalışır. Əslində, bizim üçün o qədər də fərqi yoxdur, ona görə də İranla alternativ yol barədə razılaşmışıq. Azərbaycanın İran üzərindən alternativ yolla Naxçıvana çıxışı, Türk dünyasının birbaşa əlaqəsinin formalaşması Bakıya sərf edir".
Müsahibimiz vurğulayıb ki, 2024-cü ilin sonunadək Ağbəndə qədər dəmir yolu xətti çəkiləcək: "Naxçıvanda da işlər başlanıb. Ermənistan ərazisindəki 44 kilometrlik məsafə isə qalmaqdadır. Görünür, bunu həll etmək üçün İrəvana bir qədər zaman lazımdır. Türkiyə də öz ərazisindən keçəcək 224 kilometrlik yolun inşasını tamamlamalıdır. Ümumilikdə bu istiqamətdə işlərin getdiyini demək mümkündür. Böyük ehtimal, növbədənkənar prezident seçkisindən sonra Zəngəzur dəhlizi ilə bağlı işlər ikiqat güclənəcək".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər