Orxan Quluzadənin tikinti materialları, təmir-tikinti sektorunda Liderlər sırasındadır

Orxan Quluzadənin tikinti materialları, təmir-tikinti sektorunda Liderlər sırasındadır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gənc sahibkar Orxan Quluzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gənc sahibkar Orxan Quluzadə Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Orxan Quluzadənin tikinti materialları, təmir-tikinti sektorunda Liderlər sırasındadır


Orxan Quluzadə Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Gənc sahibkar Orxan Quluzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Orxan Quluzadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Orxan Quluzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gənc sahibkar Orxan Quluzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gənc sahibkar Orxan Quluzadə 10 ildən çoxdur ki, tikinti materialları bazarında, təmir-tikinti sektorunda və sənaye sahəsində fəaliyyət göstərir. O, bir neçə şirkət təsis edib və hal-hazırda həmin şirkətlərin təsisçisi, səhmdarı, eyni zamanda baş icraçı direktorudur. Sahibkarlıq təcrübəsinə gəlincə, Orxan Quluzadə bu fəaliyyətə 2013-cü ildə başlayıb. Fəaliyyəti dövründə müxtəlif şirkətlər təsis edib və bir çox başqa şirkətlərlə əməkdaşlıq quraraq uğurlu müqavilələr imzalayıb.
Orxan Quluzadənin tikinti materialları, təmir-tikinti sektorunda Liderlər sırasındadır

Orxan Ülvi oğlu Quluzadə 5 avqust 1989-cu ildə Bakı şəhərində anadan olub. O, 2006-cı ildə 43 saylı məktəb lisey kompleksini bitirib və eyni ildə Biznes Administrasiya ixtisası üzrə “London School of Commerce” kollecinə daxil olub. 2009-cu ildə bakalavr dərəcəsini Kardiff şəhərinin Uels Universitetində müdafiə edib. 2009-2010-cu illərdə hərbi xidmətini başa vuran Orxan Quluzadə 2010-2011 ci illərdə Böyük Britaniyanın “City University London” ali təhsil müəssisəsinin Beynəlxalq siyasət ixtisası üzrə magistr təhsili alıb oranı fərqlənmə ilə bitirib. O, karate üzrə yeniyetmə və gənclər arasında 4 qat Azərbaycan çempionu, II dan qara kəmər sahibidir.

Orxan Quluzadənin tikinti materialları, təmir-tikinti sektoru, istehsal-sənaye, maliyyə bazarları, daşınmaz əmlak sektorlarında 10 ildən çox təcrübəyə malik sənayeçi sahibkar və sərmayəçi kimi əsas məqsədi inkişaf etməkdə olan Azərbaycanın qeyri-neft sektorunda aktiv rol oynamasıdı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər