Xankəndidə Prezidentin qucağında oturan uşaq kimdir? - FOTO

Xankəndidə Prezidentin qucağında oturan uşaq kimdir? - FOTO


Xəbər verdiyimiz kimi, dekabrın 21-də Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK matçı keçirilib.

Tarixi matçı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər.

Oyun zamanı dövlət başçısı və birinci xanımın şəhid övladları ilə səmimi görüntüləri rəğbətlə qarşılanmışdı.
Maraqla qarşılanan məqamlardan biri də Prezidentin şəhid övladlarını qucağına alaraq onlarla selfi etməsi idi.

Matç zamanı Prezidentin qucağında oturub selfi edən azyaşlı oğlan antiterror tədbirlərində şəhid olan Əli Babazadənin oğlu Yaqubdur.

Ə.Bababzadə 1990-cı ildə Astara rayonunun Kələdəhnə kəndində doğulub. 2008-2009-cu illərdə Ağdamda hərbi xidmətdə olub. O, daha sonra müddətdən artıq hərbi xidmət qulluqçusuna çevrilib. 44 günlük müharibə zamanı da qəhrəmanlıq göstərən Ə.Bababzadə medallarla təltif edilib və leytenant rütbəsi alaraq xidmətini davam etdirib.

O, antiterror əməliyyatında yüksək peşəkarlıqla döyüşüb və qəhrəmancasına şəhid olub.

Ölümündən sonra onun biri qız, biri oğlan olmaqla 2 övladı yadigar qalıb.

Xankəndidə Prezidentin qucağında oturan uşaq kimdir? - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər