Elton Məmmədova yeni vəzifə verildi

Elton Məmmədova yeni vəzifə verildi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdiri Elton Məmmədov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub.

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər