Putin Azərbaycanla aramızı vurmasın, biz birgə yaşayışın yollarını tapmalıyıq - Ağazaryan

Putin Azərbaycanla aramızı vurmasın, biz birgə yaşayışın yollarını tapmalıyıq - Ağazaryan


Mən Putindən xahiş edirəm ki, bu fürsətdən faydalanıb qonşularımızla münasibətlərimizə daha az müdaxilə edib düşmən münasibət yaratmasın.

Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

“Təbii ki, o, ermənilərin maraqlarını bizdən çox düşünə bilməz. Ona görə də mən bir vətəndaş kimi ondan (Putindən) xahiş edirəm ki, bu və ya digər tarixi dövrdə yaranmış mühitdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimizin arasına daha az qarışsın və düşmənçilik atmosferi yaratmasın.

Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq”, - Ağazaryan bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər