Separatçıların liderlərinə ölüm cəzası VERİLƏ BİLƏRMİ? - “İstisna hal kimi...”

Separatçıların liderlərinə ölüm cəzası VERİLƏ BİLƏRMİ? - “İstisna hal kimi...”


“Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və Araik Artunyunyanın həbs olunması ilə haqq-ədalət yerini tapdı. Belə də olmalı idi”. Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib. O qeyd edib ki, proses çox çətin idi:

“Hətta hələ də beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər müqavimət göstərirlər. Amma Azərbaycan illərdir qurduğu işlərin nəticəsini görür və heç kimin danışmağa sözü yoxdur. Nə ABŞ, nə Rusiya, nə də Avropa Azərbaycana qarşı iradə ortaya qoya bilir. Onlar ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışsalar da, buna nail ola bilmədilər.

Ancaq ölkəmiz məntiqlə və tam olaraq hüquqa uyğun hərəkət etdi. Azərbaycan istər siyasi, istər hüquqi, istərsə də hərbi cəhətdən üstün olduğunu göstərdi. Ona görə də qarşı tərəf hazırda çabalayır və vəziyyətdən çıxa bilmir. Yəqin ki, həbs etdiyimiz separatçılar da başa düşürlər ki, heç kim onlara kömək edə bilməz. Düşünürəm ki, çox uğurlu proses gedir və cinayətkarlar öz cəzalarını alırlar”.

Partiya sədri bildirib ki, saxlanılan cinayətkarlara ən ağır cəzalar verilməlidir:

“Hesab edirəm ki, onların hər biri ömürlük həbs cəzası almalıdır. Hazırda ölkəmizdə ictimai rəydə onlarla bağlı ölüm cəzasının bərpa olunması ilə bağlı fikir də var. Çünki onlar üçün ölümdən başqa cəza yoxdur. Hətta istisna hal kimi də onlara ölüm cəzası tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, onlar Azərbaycan xalqına qarşı kütləvi qırğınlar və cinayətlər törədiblər.

Həmin cinayətkarlar qanunsuz silahlı dəstələr yaradıb, Azərbaycana qarşı təbliğat aparıblar, diversiya işləri görüblər, dinc əhaliyə və hərbçilərə qarşı olmazın cinayətlərini törədiblər. Ona görə də onlara ən ağır cəzalar verilməlidir. Azərbaycan heç nədən çəkinmədən bütün cinayətkarların cəzasını verməlidir. Məsələn, Arkadi Qukasyan elə bir dövrdə (1997-2007) hakimiyyətdə oldu ki, Azərbaycana qarşı ən qəddar hərəkətlər törətdi. 2007-ci ildən 2020-ci ilə qədər ən iddialı çıxışlar zamanı isə Bako Saakyan Azərbaycana qarşı az qala özünü “imperator” elan edirdi. Hətta ölkəmizə qarşı çox böyük cinayətlərdə iştirak edirdi. 2020-ci ildə Araik gəldikdən sonra isə elə bildi ki, hər şey həll olundu. Elə ona görə də Araik öz sözündən tələyə düşdü.

O, Gəncəyə atılan raketlərin atılması əmrini “fəxrlə” etiraf edirdi. İndi də buna görə cavab verməlidir. Bəzi cinayət halları var ki, onları artıq özləri etiraf ediblər. Hətta Sarkisyan və Köçəryanın da bənzər etirafları olub. Bu səbəbdən də onlar da həbs edilməlidir. Düşünürəm ki, onların zamanında etdiyi etiraflardan da istifadə ediləcək. Həmçinin, sənədlərlə, faktlarla, şahidlərlə sübut olunan cinayətlər onların qarşısına qoyulmalıdır”.

Akif Nağı növbəti həbs olunacaq separatçıların kim olacağı barədə də təxminlər irəli sürüb:

“Xocalı soyqırımına birbaşa cavabdeh olan şəxslərdən olan Samvel Babayan da hara getməsindən asılı olmayaraq, Bakıya gətirilməlidir. Həmçinin, Vitali Balasanyan da heç yerə qaça bilməz. Onun Azərbaycana qarşı çox cinayətləri var. Eyni zamanda, Balasanyan Namiq Qasımovun xüsusi işgəncələrlə öldürülməsində iştirak edib. Buna görə də cavab verməlidir. Habelə Seyran Ohanyan da saxlanılaraq, Bakıya gətirilməlidir. O da Qarabağdakı qondarma hərbi birləşmələrə rəhbərlik edib. Onlarla yanaşı, Serj Sarkisyan və Robert Köçəryan da mütləq şəkildə Azərbaycana gətirilərək, həbs olunmalıdırlar”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər