İlham Şükürov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir

İlham Şükürov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “VIP Xidmətlər Qrupu” MMC-nin direktoru İlham Şükürov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

İlham Şükürov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“VIP Xidmətlər Qrupu” MMC-nin direktoru İlham Şükürov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham Şükürovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlham Şükürov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “VIP Xidmətlər Qrupu” MMC-nin direktoru İlham Şükürova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“VIP Xidmətlər Qrupu” MMC-nin direktoru İlham müəllim - Bu gün müstəqil Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyevin iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Ərazi bütövlüyümüz hərbi-siyasi yolla bərpa edildi, dəmir yumruqla düşmənin başı əzildi. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, 30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verdi.
İlham Şükürov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə bütün dünya ərazilərimizin erməni vandallığının qurbanı olduğunun, şəhər və kəndlərimizin viran qaldığının, erməni vəhşiliyinin şahidi oldu. Hər kəs tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyini, düşmənin vəhşi xislətini, məkrli, çirkin niyyətini açıq-aşkar gördü.

Artıq düşmənin viran qoyduğu, xarabalığa çevirdiyi torpaqlar el gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində gülüstana çevrilir.

29 sentyabr 2023-cü il tarixində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:” Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir”.

Şərqi Zəngəzurun nəfis tərtibatda inşa edilmiş Konqres Mərkəziinin 53 ölkədən 200-ə yaxın xarici qonağa yüksək səviyyədə iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, düşmənin viran qoyduğu torpaqlar yenidən bərpa edilir.

“İlk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar” – deyə bildirən Prezidentimiz cənab İlham Əliyevin təmkin və məqsədyönlü, uzaqgörən siyasəti sayəsində yüz minlərlə məcburi köçkünün qəribçilikdən, Vətəndə yurd həsrəti çəkməkdən qurtulduğunun bariz nümunəsidir.
İlham Şükürov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


“Qarabağ Azərbaycandır və nida” sözlərini qətiyyətlə dünyaya bəyan edən ölkə Prezidentimizin mötəbər tədbidə onu da vurğuladı ki, biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.
İlham Şükürov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


Bu gün müasir və qüdrətli dövlətlər arasında qürurla addımlayan Azərbaycanın uzun illər işğal altında qalan torpaqları qısa zaman kəsiyində gülüstana çevrilir. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər