Hacı Şahin Hüseynov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub

Hacı Şahin Hüseynov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub




Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov - Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19- da Qarabağda həyata keçirdiyi antiterror tədbirləri öz bəhrəsini verdi. Qarabağdakı separatçı rejimin və Ermənistan dövlətinin silahlı dəstələri 24 saat belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin hərbi texnikalarını dəqiq atəşlə sıradan çıxartdı və ermənilər təslim olduqlarını bildirərək ağ bayraq qaldırdı. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqı tarixi qələbə əldə etdi. Bu qələbə münasibəti ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev Qarabağdakı erməni separatçılara, eləcə də orada yaşayan sadə ermiəsilli Azərbaycan vətəndaşlarına önəmli mesajlar ünvanladı.
Hacı Şahin Hüseynov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub

2020-ci il Vətən Müharibəsindəki qələbəmizdən sonra Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması, bölgənin rifahı, iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsi naminə sülh sazışl bağlamağı təklif etdi. Çox təəssüf olsun ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən Qərbdəki bəzi dövlətlər Ermənistandan alət kimi istifadə etdilər. Ermənistanın Baş Naziri Paşinyan Qərbdəki dövlətlərin diktəsi ilə hərəkət etməyə və Qarabağdakı separatçıları dəstəkləməyə başladı.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin dəstəklədiyi Qarabağdakı separatçı rejimin nümayəndələrinə dəfələrlə xəbərdarlıq etmişdir ki, silahı yerə qoyub tərk-silah olsunlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Bundan sonra onlar Azərbaycan qanunlarına uyğun firavan həyat sürə bilərlər. Qarabağdakı cinayətkar xunta isə orada yaşayan sadə erməniləri də qorxu altında saxlamağa başladılar. Antiterror tədbirləri başa çatdıqdan sonra Qarabağdakı sadə ermənilər də bu rejimdən xilas oldular.

Prezident İlham Əliyev Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılarla birlikdə xoşbəxt, firavan yaşamaları üçün fürsət verdi. Tarix boyu azərbaycan və erməni xalqları bir yerdə yaşamışdır. Ermənistandakı separatçılar və millətçilər erməni xalqında azərbaycanlılara qarşı nifrət toxumu səpmişdilər. Azərbaycan dövləti və Azərbaycan xalqı isə öz tolerantlığı ilə dünyaya örnək olub. Azərbaycan çoxmillətli bir dövlətdir və ölkəmizdə yaşayan xalqlar arasında heç vaxt ayrıseçkilik olmamışdır. Azərbaycanda bütün xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar.
Hacı Şahin Hüseynov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub

Prezident İlham Əliyev çıxışında erməniəsilli sakinlərin də Azərbaycan cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılacağını və seçib seçilmək hüququnun da olacağını xüsusi vurğuladı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və ermənilərin reinteqrasiyasınsan sonra Xankəndi və bütün ətraf rayon və kəndlərimizdə də böyük quruculuq və abadlıq işləri aparılacaq. Ümüd edirəm ki, Prezident İlham Əliyevin erməniəsilli Azərbaycan vətəndaşlarına verdiyi bu tarixi fürsəti onlar dəyərləndirəcək və vətəndaşı olduqları Azərbaycan dövlətinin tərəqqisi və inkişafında iştirak edəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər