Şahramanyan “ağır məsuliyyət”in altında qalacaq - Başqa cür ola da bilməz...

Şahramanyan “ağır məsuliyyət”in altında qalacaq - Başqa cür ola da bilməz...


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Paşinyan qeyd edib ki, onlar arasında “çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma” olub: "Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyana gəlincə, hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Nikol Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı niyə təbrik etməməsi məsələsinə aydınlıq gətirərkən bildirib ki, beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər. Yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər:

"Erməni baş nazirin açıqlamasını belə oxumaq olar. Samvel Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq. İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir. Nikol Paşinyanın separatçıların yeni “rəhbərliyi” ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər