Zaxarova “Vaqner”in Paşinyanı devirəcəyi barədə xəbərlərdən danışdı

Zaxarova “Vaqner”in Paşinyanı devirəcəyi barədə xəbərlərdən danışdı


Bir sıra informasiya resurslarında bildirilir ki, Moskvanın dəstəyi ilə “Vaqner” döyüşçüləri Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi planını həyata keçirəcək. Məlumata görə, bu planı icra etmək üçün 3 min “Vaqner” döyüşçüsü Ermənistandadır və onlar yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişini həyata keçirəcək.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlıq gətirib.

O bu xəbərlərin hamısını mifologiya adlandırıb: “Bu cür bəyanatlar nəyə əsaslanaraq verilir? Niyə yalnız üç? Bütün bunlar haradan qaynaqlanır, faktlar haradadır? Bu qədər insandan danışırıqsa, onlar haradadırlar? Bu hələ bir milyard əhalisi olan ölkə deyil. Və ən əsası, üç nəfər deyil. Bu, itə biləcək kiçik bir qrup insan deyil. Bu, əhalisi az olan bir ölkədir. Biz yəqin ki, bu insanları görərdik”, - Zaxarova qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər