Qərbi Azərbayan İcması: “Almaniyanın başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur”

Qərbi Azərbayan İcması: “Almaniyanın başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur”


“Qərbi Azərbaycan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

“Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki, buna görə Almaniya bütün gün beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq, Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməyib, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmayıb.
Alman naziri ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”, - deyə bəyanatda vurğulanır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər