Xankəndidəki 6 saatlıq gərginliyin detalları: Putinə, Baydenə, Makrona, İrəvana inandıq...

Xankəndidəki 6 saatlıq gərginliyin detalları: Putinə, Baydenə, Makrona, İrəvana inandıq...



Arayik Arutyunan Xankəndi üçün yuxusuz və gərgin gecədə keçirilən 6 saatlıq müzakirələrin detallarını açıqlayıb.

Xankəndidə meydanında ermənilər qarşısında çıxış edən Arutyunyanın sözlərinə görə, gərgin keçən müzakirələrdə əsasən aşağıdakı məsələlərdən danışılıb: “Laçın SBM-də üç gəncin Azərbaycan tərəfdən saxlanması və onların taleyi, çörək məsələsi, yolun açılmasının zəruriliyi, eləcə də onun mümkün istefası ilə bağlı məsələ müzakirə olundu”.

Arutyunyan çörək probleminin bir neçə gün ərzində həll olunacağını bəyan edib.

“Aclığa görə qınaya bilərsiniz. Niyə gecikdin? Məni təhqir, tənqid edə bilərsən, amma istəyirəm ki, məni başa düşəsiniz. Biz hər şeyə - fövqəldövlətlərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik. Bu günə qədər gözlədik, inandıq. Biz Putinə, Baydenə, Makrona və Ermənistan hökumətinə inandıq... Amma onlar bizi girov qoydular. Biz təkik. Nə dostumuz var, nə də dəstəyimiz. Bütün məsələləri sizinlə birlikdə həll edəcəyik”, - deyə, Arutyunyan vurğulayıb.

O əlavə edib ki, 6 saatlıq müzakirə nəticəsində ümumi bir qərara gəlmək mümkün olmadı.
“Bu gün mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Sabah, o biri gün hər şey barədə daha dar tərkibdə qərar verəcəyik, lazım gəlsə, istefa verəcəm”, - Arutyunyan yekunlaşdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər