Ədalət Hacıyev: Puça çıxan erməni ümidləri

Ədalət Hacıyev: Puça çıxan erməni ümidləri


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Təhlükəsizlik Şurasının (TŞ) sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Lakin TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. Əksinə, iclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın-Xankəndi yolunun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir.
Ədalət Hacıyev: Puça çıxan erməni ümidləri

Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu, qonşu dövlətlərlə qurduğu balanslı münasibətlər, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi məqsədilə hazırladığı və həyata keçirilməsinə böyük məharətlə rəhbərlik etdiyi konsepsiya, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmə bacarığı, strateji düşüncəni daim ön planda tutması BMT Təhlükəsizlik Şurasında Ermənistanın bu məğlubiyyətinə də zəmin yartmış oldu. Dövlət başçımızın indiyədək dünyanın bir çox mötəbər kürsülərindən Azərbaycan hökumətinin Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmində olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlar öz təsirini bu şəkildə göstərdi. Çünki dünyanın həm siyasi elitası, həm də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini yaxşı bilirlər. Buna görə də qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən ümumiyyətlə bəhs etmədilər. Xüsusilə diqqətəlayiq bir hal da budur ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin gündəliyinə salınan və nəticə almayan məsələlər bir daha hansısa bir digər beynəlxalq təşkilatın gündəminə gətirilə bilməyəcəklər.
Ədalət Hacıyev: Puça çıxan erməni ümidləri

Ermənilərin böyük ümid bəslədikləri Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatı da işə yaramadı. Məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara belə çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Bunun əvəzində isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirildi və bu, tamamilə Azərbaycanın maraqlarına cavab verir. Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi tamamilə uğursuzluğa düçar oldu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər