YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİ

YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİ


Bəzi internet saytlarında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Yusif Əliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİ

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevdir.
YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİ

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Yusif Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Yusif Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİ

Əliyev Yusif Qəmət oğlu 08 iyul 1967-ci il tarixində Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olmuşdur.
1974-1984-cü illərdə Toxlucu kənd orta məktəbini əla qiymətlərlə bitirmiş,
1984-cü ildə Yusif Əliyev N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinin birinci kursuna daxil olmuşdur.
1986-1988-cı illərdədə Yusif Əliyev hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Tibb Universitetini “Lenin təqaüdü” və fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1994-cü illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasına kliniki ordinaturanı bitirmişdir. 1994-1997-ci illərdə isə həmin kafedrada “cərrahiyyə” ixtisası üzrə aspiranturanı bitirmişdir. 2012-2014-cü illərdə Yusif Əliyev Rusiya Xalqlar Dostluğu Universitetində(Rusiya federasiyası,Moskva) “cərrahiyyə” ixtisası üzrə doktoranturanı bitirmişdir.
1998-ci ildə Yusif Əliyev “Eksperimental peritonitin gedişində müsariqə limfa düyünlərinin morfofunksional vəziyyəti və onların tənzimlənmə yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2014-ci ildə Yusif Əliyev “Хирургическое лечение больных с заболеваниями желчевыводящих путей” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1997-2012-ci illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində çalışıb. 2012-2014-cü illərdə isə ATU-nun III cərrahi xəstəliklər kafedrasında dosent vəzifəsində çalışıb.
2002-2013-cü illərdə Yusif Əliyev M.Əfəndiyev adına 2 saylı Bakı Şəhər Klinik xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdir.
2013-2022-ci illərdən Yusif Əliyev indiyə qədər ATU-nun II cərrahi xəstəliklər kafedrasında dosent vəzifəsində çalışmışdır.Hal-hazirda həmin kafedranın professoru vəzifəsində çalışır.
2013-cü ildən ak.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkim tıyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.
Y.Əliyev 1 monoqrafiya,1 dərslik,1metodiki tövsiyyə, 2 ixtira,100-dən çox elmi məqalənin müəllifi, ECM-in Elmi Şurasınin,o cümlədən FD.03.061 Dissertasiya şurasının üzvüdür
Doktor Yusif Əliyev 2017-ci ildə “Səhiyyə əlaçısı”, 16 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU, TOPÇUBAŞOV ADINA ECM BAŞ HƏKİMİБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər