Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst

Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Eyvaz Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Eyvaz Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Eyvaz Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Eyvaz Bağırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Eyvaz Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eyvaz Bağırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Eyvaz Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Eyvaz Bağırov özünü doğruldub. Bizdə hörmətli Eyvaz Bağırovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst

Yasamal Rayon İcra Hakmiyyətinin memarı Eyvaz Bağırov - Cəmiyyətin inkişafında, dövlətə, dövlətçiliyə, Vətənə sevgi duyğularının formalaşmasında və yüksəldilməsində mətbuatın rolu əvəzsizdir. XIX əsrin sonlarında Azərbaycandilli mətbuatın yaranmasına böyük zərurət vardı. Bu zərurəti Həsən bəy Zərdabi daha həssaslıqla görmüşdü. 1875-ci ildə ona qəzet nəşr etdirmək üçün icazə verildi, iyul ayının 22-də "Əkinçi"nin ilk sayı dərc olundu. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən baş­qa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur".

“Əkinçi” qəzeti Azərbaycandilli mətbuatın başlanğıcı oldu. Ona görə də “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:"... Görkəmli ziyalı, pub­li­sist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır".

Azərbaycanın dövlət müsütəqilliyinin bərpa edilməsi yeni mətbu mühit yaratdı, yeni qəzetlər nəşrə başladı. Bu qəzetlər Azərbaycanda yeni düşüncə tərzinin, hadisə və faktlara yeni yanaş­ma­la­rın, milli-mənəvi dəyərləri daha həssaslıqla qorumağın və təbliğ etməyin cəfakeşi oldular. Yeni qəzetçilik modeli formalaşdı və bu, Azərbaycan dövlətçiliyinin mətbu dayağı oldu.

Respublikamızda senzuranın ləğvi azad mətbuatın inkişafına müsbət təsir göstərdi.

2003-cü il mart ayının 15-də jurnalistlərin I qurultayında 180-dək kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılan Mətbuat Şurası aprelin 24-də Ədliyyə nazirliyində dövlət qeydiy­yatına alındı. Bununla da ölkədə mətbuat mühiti dünyəvi dəyərlər əsasında fəaliyyətini davam etdirməyə başladı.
Eyvaz Bağırov: Operativ, qərəzsiz və dürüst

2009-cu il aprelin 3-də "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncam imzalandı (indi Medianın İnkişafı Agentliyi) adlanır).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün binalar tikilib istifadəyə verildi, onlarla vətənpərvər, istedadlı jurnalist “Əməkdar jurnalist” fəxri adına layiq görüldü.

Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatələnib. Zamanında Ulu Öndər Heydər Əliyev, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” adına la­yiq görüldü. Bu mükafat ölkə başçısının mediaya əlavə qayğısına görə verilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər