Mirsaleh Seyidov: Əsas hədəflər

Mirsaleh Seyidov: Əsas hədəflər


Bakuxeber.info rəhbərliyi və kollektivi olaraq, Mirsaleh Seyidovu Penitensiar xidmətin rəisi təyin olunması münasibəti ilə təbrik edirik.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov - Xarici siyasətimizin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın üzvü olduğu qurumlarda fəal iştirakıdır. Ölkəmizin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən hər bir məsələdə Azərbaycanın yanaşması təqdir edilir, təcrübəsindən bəhrələnmək üçün səylər göstərilir. Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma üzv olduğu dövrdən daim ədalətin və beynəlxalq hüququn müdafiəsi istiqamətində atdığı addımlardan, quruma sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların qlobal həmrəyliyin möhkəmləndirilməsində rolundan geniş bəhs etdi. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak edir. Ölkəmizin 2019-cu ildə Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi münasibətlərdə yeni bir səhifənin açılmasını şərtləndirdi. Həmin Zirvə görüşündə üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və ötən il yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Dövlət başçısı İlham Əliyev sədrliyə başladığı ilk gündən prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirmişdi. Ölkəmizin quruma sədrliyi dövrünün hesabatı kimi dəyərləndirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışlarda bir daha qeyd edildi ki, Azərbaycan üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Mirsaleh Seyidov: Əsas hədəflər

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi vaxta təsadüf edir. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə, humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Həmçinin beş ölkəni peyvəndlə təmin edib. Ölkəmiz postpandemiya dövrü haqqında düşünərək bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini təşkil etdi.

Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafını da diqqətdə saxlayır. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyəti kimi dəyərləndirilir. Tədbirdəki çıxışında “Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik” söyləyən Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, institusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Qısa təhlil əsasında Azərbaycanın Hərəkatın inkişafında, dünya siyasətində yerinin möhkəmlənməsində rolunu aydın görürük. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bütün üzv dövlətlərinə həmrəyliklərinə və Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər