ABŞ Əliyevin Xankəndi bəyanatını dəstəklədi: ermənilər şokda - Bu, başlanğıcdır

ABŞ Əliyevin Xankəndi bəyanatını dəstəklədi: ermənilər şokda - Bu, başlanğıcdır


Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidəki separatçılar ilə bağlı verdiyi bəyanatın ABŞ tərəfindən müsbət qiymətləndirilməsi, erməniləri ciddi şəkildə məyus edib.

“ABŞ-nin bu bəyanatını belə şərh etmək olar: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı prezidentdən söhbət gedə bilər”.

Bunu erməni politoloq Edqar Elbakyan deyib.

Ekspertin fikrincə, bu, yalnız başlanğıcdır.

“Bunun ardınca Ermənistandan maliyyələşmənin dayandırılması, pasport məsələsi, dərslik məsələsi və sair. Proses geri dönməz xarakteri daşıyır. Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı andan onların heç bir rıçaqları qalmayıb”, - Elbakyan qeyd edib.

Elbakyan bunu Ermənistan hakimiyyətinin yürütdüyü klassik təslimçilik siyasəti adlandırıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.

Dövlət başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - Prezident bildirib.

Dövlət Departalemtinin sözçüsü Metyu Miller bununla bağlı olaraq deyib ki, ABŞ Prezident İlham Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışını dəstəkləyir.

O, Azərbaycan və Emənistan liderlərinin Kioşinyovda gözlənilən danışıqlarının konstruktiv olacağını gözlədiklərini bəyan edib. Əlavə edib ki, Prezident İlham Əliyevin amnistisiya ilə bağlı son bəyanatlarını alqışlayırlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər