DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB

DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB


Mayın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına əsasən Vətən müharibəsində şəhid olmuş daşkəsənli döyüşçülərin ailələri ziyarət olunub, onlara ərzaq bağlaması verilib.

Görüşlərdə bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Vətən uğrunda şəhid olmuş oğulların ailə üzvlərinə daim dövlət səviyyəsində qayğı göstərilmiş, onlara qanunla bir çox imtiyazlar verilmiş, sosial-iqtisadi mənafelərinin, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün fundamental sosial ənənənin bünövrəsi qoyulmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Daşkəsən rayonunda da şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur.

Ulu Öndər Heydər Əliyev irsinə sarsılmaz sədaqət, Prezident cənab İlham Əliyevin fəaliyyətinə birmənalı dəstək nümayiş etdirən daşkəsənli şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri müavini




DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB
DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB
DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB
DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİLİB
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər