Əliyev İstanbuldan dünyaya bu mesajı verdi - General

Əliyev İstanbuldan dünyaya bu mesajı verdi - General


İstanbulda “Texnofest-2023” festivalının açılışı oldu. Bu açılış ötən il Bakıda keçirilən açılış kimi möhtəşəm idi. Prezidentlərimiz İstanbuldan bütün dünyaya birlik mesajı verdilər.

Bu sözləri Axar.az-a İlham Əliyevin “Texnofest-2023” festivalının açılış mərasimində iştirakı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz deyib.

General münasibətlərin artıq ən yüksək müttəfiqlik səviyyəsinə qalxdığını bəyan edib:

“İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və xalq qarşısında çıxışı, eyni zamanda Bakıda birgə PUA istehsalı zavodunun qurulacağı haqqında verilən anons, prezidentlərinin səhnədə qol-qola, çiyin-çiyinə dayanması festivala öz damğasını vurdu. Dünyada və ölkələrimiz ətrafında baş verən prosesləri göz önünə gətirdiyimiz zaman hadisənin böyüklüyünü daha yaxşı anlamaq olur.

Digər tərəfdən, prezidentlərimizin İlham Əliyevin idarə etdiyi “Togg” avtomobilində festival ərazisinə gəlməsi başqa bir önəmli mesajdır. Cənab Əliyevin öz çıxışı zamanı 44 günlük müharibədə Ərdoğanın, dövlətimizin, Türkiyə xalqının verdiyi dəstəyi vurğulamasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ölkə başçısı Şuşa Bəyannaməsi haqqında danışaraq ölkələrimiz arasındakı münasibətlərin “bir millət iki dövlət” anlayışından artıq müttəfiqlik səviyyəsinə qalxdığını, ordu quruculuğunda və müdafiə sənayesində addımların pillə-pillə həyata keçirildiyini, “Qızılalma” və “Akıncı”ların yaxın zamanda Azərbaycan səmasında olacağını vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın da ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyədə buraxılan poçt markasını İlham Əliyevə təqdim etməsi tədbirin xüsusi məqamlarından idi. 6 fevralda yaşadığımız ağır zəlzələ fəlakətindən sonra cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bütün xalq ölkəmizə maddi və mənəvi cəhətdən yanımızda olmuşdur. Ölkə başçılarının Azərbaycanın Qəhrəmanmaraşda inşa edəcəyi məhəllənin təməlini atması qardaşlığımızın əsrlər sonra belə xatırlanacaq nümunəsinə çevriləcək. Fikrimcə, buraya məhəllə yox, rayon desək, daha doğru olar. Çünki layihə yaşayış üçün vacib olan kompleks tədbirləri özündə birləşdirir”.

Yücel Karauz ölkələrimiz barədə kirli planlar quranların verilən mesajlardan özləri üçün dərs çıxarmalı olduğunu vurğulayıb:

“İlham Əliyevin çıxışı zamanı region və bütün dünya ölkələrinə “bir millət, iki dövlət və tək dəmir yumruq” mesajı tədbirin ən önəmli məqamıdır. Dövlət başçılarımız birlikdə əllərini havaya qaldıraraq bu dəmir yumruğu dosta da, düşmənə də göstərdi. Münasibətlərin tariximizin ən yüksək səviyyəsinə qalxmasında Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rolu danılmazdır. 85 milyon Türkiyə və 10 milyon Azərbaycan xalqı olaraq üzərimizə düşən vəzifə bu qardaşlığı daha da möhkəmləndirmək və ortaya qoyulan hədəfləri daha da irəliyə aparmaqdır. “Texnofest” ilk başladığı zaman buraya 30-40 komanda və 3-4 min nəfər insan qatılıb. İndi isə festivala ölkəmizin bütün vilayətlərindən və 96 ölkədən qırx bir sahədə və yüzə yaxın alt sahədə qatılanlar var. Ən böyük komanda isə Azərbaycan komandasıdır. Ulu öndər Atatürkün 1920-ci ildə elan etdiyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, ümummilli lider Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” və İlham Əliyevin dünən vurğuladığı “bir millət, iki dövlət, tək dəmir yumruq” fəlsəfəsi illər, əsrlər boyunca sönməyəcək bir məşəldir. Yaşadığımız hadisələr növbəti dəfə Türkiyənin hərbi və siyasi gücünün həm də türk dünyası üçün həyati əhəmiyyət daşıdığını, Cənubi Qafqazda təhlükəsizliyin qarantı olduğunu göstərilir. Şuşa Bəyannaməsi də yalnız ölkələrimiz üçün deyil, bütün digər qardaş dövlətlər üçün də yol göstəricisidir. Fikrimcə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsini həzm edə bilməyənlər də bütün sadaladıqlarımızdan yanlış addım atacaqları təqdirdə nə ilə qarşılaşacaqlarını anlamalı, öz paylarını götürməlidirlər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər