“Çin Karqo” şirkəti öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur

“Çin Karqo” şirkəti öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur



Məlum olduğu kimi bu gün Azərbaycan iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələrinin böyük əhəmiyyəti vardır. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə və deməli qiymətlərin də aşağı düşməsinə zəmin yaradır. Bu isə öz növbəsində əhalinin maraqlarına tam uyğundur. “Çin Karqo” daim müştərilərini yüksək keyfiyyət və xidmətlə təmin etməyə çalışan yükdaşıma şirkətidir. Xaricdən verilən sifarişləri ən qısa müddətdə Azərbaycana çatdırmaq, sahibkara yükü təhvil vermək “Çin Karqo”nun öhdəliklərinə daxildir. İş mexanizmi xarici ölkədən verilən sifarişləri ölkəmizin hüdudlarından kənarda olan anbar və ofislərinə qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycandakı anbar və ofislərində qəbul edərək sahibkara çatdırmaqdan ibarətdir.

“Çin Karqo” şirkəti öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur.
“Çin Karqo” şirkətində iş təcrübəsi olan keçmiş peşəkarlar cəmlənmişdir. Yükün daşınma müddəti ərzində təcrübəli personal daim yükün hərəkətinə nəzarət edir və hər an müştəriyə yükün statusu və onun yerləşdiyi yer haqqında məlumat verir. Yüklərin çatdırılması üzrə xidmətlərin çevik sistemi bizə hər bir müştəri üçün ən optimal qərarların verilməsinə nail olmağa imkan yaradır. Şirkət həm böyük, həm də kiçik həcmli yüklərin daşınmasını həyata keçirir. Yüklərin daşınması üçün nəzərdə tutulan müasir standartlara uyğun təchiz olunmuş anbarlar istənilən istiqamətlərdə yüklərin mərkəzləşdirilmiş yığım və göndərilməsini həyata keçirməyə imkan yaradır. “Çin Karqo” şirkəti əldə etdiyi müvəffəqiyyətlərlə kifayətlənmir və zamanla ayaqlaşaraq nəqliyyat biznesinin inkişafında bütün dəyişikliklərə diqqətlə yanaşır, özü üçün yeni daşıma marşrutları işləyib hazırlayır, beynəlxalq yük daşımaları sferasında inkişaf tempinə uyğun iş təşkilinin yeni üsullarını mənimsəməyə çalışır.
“Çin Karqo” məmnuniyyətlə bütün sahibkarlara kömək etməyə hazırdır!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şamil Heydərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərovdur.

“Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şamil Heydərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şamil Heydərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Şamil Heydərovdan danışdılar yaxşı ki, Şamil Heydərov “Çin Kargo” şirkətinin təsisçisi və rəhbəridir… Şamil Heydərov öz isguzarlığı ilə tanınır və seçilir….

Şamil Heydərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şamil Heydərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Şamil Heydərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şamil Heydərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şamil Heydərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şamil Heydərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şamil Heydərov özünü doğruldub. Bizdə hörmətli Şamil Heydərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər