“Fazil Mustafaya atılan güllə dövlətimizə atılıb”

“Fazil Mustafaya atılan güllə dövlətimizə atılıb”


Deputat Fazil Mustafaya qarşı atılan güllə dövlətimizə qarşı atılan güllə idi.

Bunu deputat Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu terroru törədən şəxslər və bu şəbəkədə əli olanlar, onların arxasında dayananlar tapılıb layiqli cəzasını alacaq.

“Bütün Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız dövlətin terror şəbəkəsini ifşa edib, cəzalandırması istiqamətində atdığı addımı dəstəkləməlidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, bir dəmir yumruq kimi birləşən Azərbaycan xalqını bu metodlarla qorxutmaq mümkün deyil: “Dövlət bu terror şəbəkəsini işfa edib, onları cəzalandırılmasına nail olacaq və kimsənin buna şübhəsi olmasın”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər