Ermənilərdən Paşinyana İTTİHAM: “Bir ildə etmədiyini azərbaycanlılar bir gündə etdilər”

Ermənilərdən Paşinyana İTTİHAM: “Bir ildə etmədiyini azərbaycanlılar bir gündə etdilər”


“Azərbaycanlılar Paşinyan hökumətinin bir ildə edə bilmədiklərini bir gündə etdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Zəngəzurda Dığ (Tex) kəndinin sakinləri Ermənistan mətbuatına bildiriblər.

Müxbirlə yerli sakinlərin dialoqunu sizə təqdim edirik:

Yerli sakin: Bəli, biz sərhəddə dayanmışdıq, qarşılarını kəsmişdik. Burdan yaxşı görə bilərsiniz, gedin baxın. Baxırsan ki, bu “KamAZ”ların hamısı türklərindir (azərbaycanlıları nəzərdə tutur).

Müxbir: Sağ tərəfdə?

Yerli sakin: Bəli, ancaq türk maşını var, erməni maşını yoxdur. Yalnız onlardır.

Yerli sakin: Bax, oradək “Həsən”in postudur. Türklər ordan gəlir, lap aydın görünür. Lap çoxdurlar. Onlar əsgərdir, yoxsa zabit? Sayı çoxdur.

Müxbir: Texnika da gətirirlər?

Yerli sakin: Hərbi texnikanı görməmişəm, deyə bilmərəm Ancaq onlar bir gündə o qədər iş gördülər ki. Bizim hökumət bir ildə bu qədər iş görə bilməz. Mən düşməni tərifləməyəcəyəm. Amma belədir. Bu bizim torpağımızdır, babalarımızın torpağı olub. İndi “Ural”lar bizim torpaqlarımızda dayanır.

Müxbir: “Ural”lar onlara məxsusdur?

Yerli sakin: Qarabağa gedən yol onların sol tərəfindədir. Amma hər şey onlara məxsus deyil, bizim orada 8 hektar torpağımız var. Bu bizim ata-babalarımızın torpaqlarıdır. Bunlar bizim buğda sahələrimizdir. Bunlar insanların öz torpaqlarıdır, əkin sahələridir. “Ural”lar gəldi və hər şeyi məhv etdi. Onların ekskavatorları səngər qazır. Bilmirəm səngər qazır, yoxsa bunker. Amma bura tamamilə bizim torpağımızdır. Nikolun adamları deməsinlər ki, bura bizim deyil.

Müxbir: Deyirlər ki, bu kənd Nikolun tərəfdarıdır.

Kişi: Fərqi yoxdur, Nikolun və ya Köçəryanın tərəfdarıdır. Bura bizim kəndin torpaqlarıdır. Söhbət kəndimizin torpaqlarından gedir. Və yolları dəyişik salmasınlar. Yol Kornidzordan, Laçından keçir, bura nə dəxli var? Bunlar bizim torpaqlarımızdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər