Si Szinpin yenidən Çinin prezidenti seçilib

Si Szinpin yenidən Çinin prezidenti seçilib


ÇXR tarixində üçüncü dəfə Prezident seçilən ilk şəxs Çin lideri Si Szinpin Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən Prezident seçilib.

Paytaxt Pekində keçirilən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin 14-cü dövrünün 1-ci Baş Assambleyasında yeganə namizəd olduğu səsvermədə Si Szinpin nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib.

Qurultayda Han Cinq vitse-prezident, Cao Lici isə parlamentin sədri seçilib.

Si, Cao və Han and içərək vəzifələrinə başlayıblar.

2013 və 2018-ci illərdə iki dəfə prezident seçilən Si Szinpin yenidən prezident seçilməklə Çin Xalq Respublikasının tarixində üçüncü dəfə prezident postunu tutan ilk şəxs olub.

Szinpin həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər