Şagirdlərin dalaşdığı məktəbdən AÇIQLAMA: “Reytinq üçün paylaşır...”

Şagirdlərin dalaşdığı məktəbdən AÇIQLAMA: “Reytinq üçün paylaşır...”


Xəbər verdiyimiz kimi, Paytaxtın xətai rayonunda yerləşən 27 saylı tam orta məktəbin həyətində şagirdlər arasında əlbəyaxa dava olub.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan 27 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova hadisənin ay yarım əvvəl olduğunu söyləyib:

“Uşaqlar dərsdən kənar vaxtda məktəbin həyətində dalaşıblar. Üstündən 5 gün keçəndən sonra uşaqlardan biri qəfildən digərinə hücum edib. Aralarında adi bir davadır. Bildiyim qədərilə yeniyetmələr idmana gedir. Bir-birlərinə aqressiyası var. Məktəb, müəllim uşaqlara aqressiya öyrətmir.

Hadisədən sonra valideyn də narahat olaraq 102-yə zəng edib. Polis də araşdırıb. Hamısı bilirlər. Araşdırılıb və iş bitib. İndi onu ay yarımdan sonra kimsə reytinq üçün paylaşırsa, bu onun öz problemidir. Hadisə çoxdan bitib. Hər iki uşaq məktəbdədir, barışıblar və hər şey həll olunub. Çox güman ki, hadisəni araşdıranlar görüntüləri valideynə satıblar. Mən buna başqa don geyindirə bilmərəm. O görüntü ancaq polisdə idi”.

A.İbrahimova hadisə ilə bağlı şagirdlərə qarşı tənbeh tədirləri görüldüyünü bildirib:

“İzahat alınıb, aktlaşdırılıb, valideynlər dəvət olunub. Bütün prosedurlar Elm və Təhsil Nazirliyinin xüsusi hallar komissiyasına da məlumat verilib”, - deyə o söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər