Zəlzələ olacağını demişdi, yeni ərazilərə diqqət çəkdi - Professordan XƏBƏRDARLIQ

Zəlzələ olacağını demişdi, yeni ərazilərə diqqət çəkdi - Professordan XƏBƏRDARLIQ


Türkiyəli professor Naci Görür ötən gün axşam saatlarında Hatay şəhərində baş verən 6,4 və 5,8 ballıq zəlzələlərdən sonra xəbərdarlıq edib.

“CNN türk” xəbər verir ki, professor bu barədə tvitterdə yazıb. O, Adana və Kiprdə də ehtiyatlı olunması gərəkdiyini vurğulayıb:

“Hatayda 6,4 və daha kiçik zəlzələlər oldu. Kahramanmaraş zəlzələlərindən sonra Hatay və Adanada bu boyda zəlzələlərin olacağını gözləyirdik. Əslində mən, Cəlal Şengör və geoloq dostlarımız xəbərdarlıq etmişdik. Adanada və Kiprdə də diqqətli olmalıyıq. Regionda stress transferinə əsaslanaraq, eyniylə Malatya, Ovacık və Nazimiye-Karakoçan fay xəttlərində də oxşar səbəblərdən diqqətli olmalıyıq”- deyə o bildirib.

Qeyd edək ki, N.Görür daha əvvəl də Hatayla bağlı xəbərdarlıq etmişdi. Belə ki, o, Kahramanmaraşdakı zəlzələdən sonra Hatay və Adana bölgələrinin daha həssas olduğunu demişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər