“2023-cü ili qələbə ili…” – Zelenskidən ümidli anons

“2023-cü ili qələbə ili…” – Zelenskidən ümidli anons


“Biz ABŞ Prezidenti ilə təkbətək, sonra isə geniş formatda danışıqlar apardıq. Bu bizi həqiqətən birlikdə bu müharibədə qalib gəlməyə yaxınlaşdıran söhbət idi. Biz bu il 2023-cü ili qələbə ili edə bilərik və etməliyik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak isə Teleqram kanalında deyib ki, Baydenin Ukraynaya səfəri strateji əhəmiyyət kəsb edir və gözləntiləri sürətləndiriləcək.

“İnanın mənə, Co Baydenin səfəri strateji xarakter daşıyır. Bir çox məsələlər öz həllini tapır və gözlənilənləri tezləşdiriləcək. Bizim ümumi məqsədimiz Ukraynanın Rusiya üzərində qələbəsi və Ukrayna əsgərlərinin və Qərb silahlarının qələbəsidir”, - Yermak qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər