Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARI

Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARI


Səhiyyə Nazirliyinin nümayəndələri Türkiyədən təxliyə edilən və Pediatriya İnstitutunda müalicə alan vətəndaşlarımıza baş çəkiblər.

Bu barədə nazirlikdən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, qardaş Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində həmin bölgələrdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların digər ölkə vətəndaşları olan yaxın ailə üzvlərinin ölkəmizə təxliyəsi istiqamətində işlər davam etdirilməkdədir. Təxliyəsi həyata keçirilən vətəndaşlarımızın və onların ailə üzvlərinin lazımi tibbi və psixoloji yardımın göstərilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.
Cari ilin 10 fevral tarixində ölkəyə gətirilən vətəndaşlarımız arasında 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.

Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıblar.

Görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6-sı oğlan, dörd nəfəri isə qızdır:

“Onlardan ən kiçiyi 8 günlükdü, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün müayinələr artıq bitmək üzərindədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər”.

Səhiyyə Nazirliyinin sektor müdiri həmçinin xatırladıb ki, dövlət baçısının müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb.
Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər