Emin Uçar: Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir

Emin Uçar: Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir


“Gəmiqaya Holding”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar - Tarix hər zaman dahi şəxsiyyətləri, böyük sərkərdələri danışar. Onlar həyatları boyu öz xalqının, ölkəsinin rifahı naminə göstərdikləri uğurlu fəaliyyətləri, fədakarlıqları ilə adlarını əbədi olaraq tarixə yazırlar. Buna görə də hər bir xalq ölkəsi, xalqı üçün ömrünü fəda etmiş dahi şəxsiyyətlərə, onların yaratdığı irsə böyük ehtiramla yanaşmalı, adlarını hər zaman yaşatmalıdırlar.

Heydər Əliyev ən çətin anımızda xalqımızın xilaskarı, ölkəmizi dirçəldən dahi rəhbərdir. Müstəqilliyimizi ilk qazandığımız illərdə ölkəmizdə yaranan daxili xaos, vəzifə davaları fonunda yaranmış özbaşınalıq nəticəsində vahid komandanlığın olmaması səbəbindən torpaqlarımız işğala məruz qaldı, minlərlə vətəndaşımız o cümlədən çoxlu sayda qadın, qoca, uşaq həlak oldu və ya itkin düşdü. Müharibənin davam etdirilməsi canlı qüvvəmizin itki sayının böyük fərqlə artmasına, daha çox ərazilərimizin itirilməsinə gətirib çıxaracaqdır ki, bu da ölkəmizin dünya xəritəsindən silinməsi ilə nəticələnmək təhlükəsi demək idi. Xalqın çətin anında səsinə səs verən Heydər Əliyev vəziyyəti düzgün təhlil edir, ən vacib addımın atəşkəsin elan olunmasında görürdü ki, bu gediş nəticəsində qazanılan zaman ölkəmizin daxili vəziyyətinin, xarici siyasətinin, dövlət idarəçiliyində düzgün strukturun və ən əsası ordumuzun düzgün formalaşdırılması üçün çox vacib idi.

Emin Uçar: Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir


1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” – deyə qeyd etmişdi. Məhz belə də oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu.

Unudulmaz rəhbərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dahiyanə xidmətlərindən biri də qədim İpək yolu nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etmək oldu. Çünki bu yolun fəaliyyəti respublikamızın sosial-iqtisadi dirçəlişinə böyük təsir göstərəcəkdi. Heydər Əliyev qardaş ölkələrin və toplumların daha sürətlə inkişafını da arzulayırdı və Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin də bu baxımdan tarixi rolunu xüsusi vurğulayırdı. O, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın türk dünyası ölkələri ilə iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etməlidir.

Ulu öndərin dövləti, xalqı üçün etdiyi ən böyük işlərdən biri də şübhəsiz ordu quruculuğu sahəsində etdiyi islahatlar idi. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövləti ilə Ermənistan tərəfi arasında atəşkəs elan edildikdən sonra onun tapşırığı ilə qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Hələ sovetlər birliyi dönəmində hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxlayan Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün mühüm addım atıldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi üçün xüsusi tədbirlər görüldü. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu proses daha da sürətləndi. Hakimiyyətə gəldiyi ilk gündən xalqın sevgisini, rəğbətini qazanan Ali Baş Komandanımız xalqın ona olan inamını doğruldaraq düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxardı.

Emin Uçar: Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir


Ölkəmizin daha uğurlu gələcəyə, xalqını daha xoş günə, daha firavan sabahlara çıxarmaq üçün xarici əməkdaşlıqları gücləndirən Prezident İlham Əliyev eyni zamanda müdrik siyasəti, intellektual bacarığı, savadı, uzaqgörənliyi ilə ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir, beynəlxalq aləmdə qətiyyəti və cəsarəti ilə tanınır.

Heydər Əliyevin apardığı ordu quruculuğu sahəsindəki islahatları ilə güclənən ordumuz İlham Əliyevin də hər zaman xüsusi nəzarətində oldu. Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu ən vacib məsələlərdən biri idi. Bunu nəzərə alan Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli işlər apardı.

Aparılan islahatlar nəticəsində Azərbaycan orudusu dünya miqyasında ən güclü ordulardan biri kimi formalaşdı və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu hələ 2016-cı ilədə baş verən Aprel döyüşlərində bütün dünyaya göstərmiş oldu.

Müdrik siyasətçi olan Ali Baş Komandanımızın eyni zamanda çox humanist lider olaraq işğal altında olan torpaqlarımızın qan axmadan sülh yolu ilə alınması üçün bütün öhdəliklərini yerinə yetirirdi. Lakin xoş niyyət başa düşməyən düşmənin sentyabr təxribatı bardağı daşıran son damla oldu. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən ərazilərimizi atəşə tutmağa başladılar. Bu isə onlara çox ağır başa gəldi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusu kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. 44 gün boyunca bir addım belə geri çəkilmədən öz qanları, canları hesabına vətən uğrunda gözünü qırpmadan ölümə gedən igidlərimiz sayəsində 30 il davam edən işğala son qoyuldu.

Torpqalarımızın işğal olunduğu illərdə qundaqda olan körpələr, hələ dünyaya göz açmayan igidlərimiz artıq böyümüşdülər və hər birinin tək bir amalı torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Bu qələbə, Azərbaycan xalqının və bir an belə gözünü qırpmadan düşmənə qan udduran cəsur ordumuzun, hərbçilərimizin əzmi idi. Bu böyük zəfərdə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə və eyni zamanda dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyan, “məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olundular.

Bu il ölkəmizdə Vətən müharibəsinin 2-ci ili qeyd edildi. Artıq işğaldan azad edilmiş ərazilərdə Zəfər yolu çəkilir və illərdir düşmən vandalizminə məruz qalmış rayon və şəhərlərimiz yeninden bərpa edilir. Bizə bu qüruru, bu sevinci bəxş edən Ordumuza, Ali Baş Komandanımıza, Vətən uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlığını Vətən yolunda fəda edən qazilərimizə borcluyuq. Xalqımızın Ali Baş Komandanımıza inamı ilə bir yumruq ətrafında birləşərək bütün dünyaya birliyin, vətən sevgisinin nə demək olduğunu göstərdik. İllər keçdikcə Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində dünyanın inkişaf etmiş ölkələrindən biri olduq. Ölkəmizin, Qarabağımızın bu xoş günlərini Sizə borcluyuq, cənab Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər