Fərid Piriyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Fərid Piriyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevdir.

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərid Piriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri
Ölkə ərazisində əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühit və təbii sərvətlərdən istifadə, o cümlədən ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət nəzarətini həyata keçirmək;

Ətraf mühit və təbii sərvətlərin, o cümlədən torpağın, yer təkinin, faydalı qazıntıların, biomüxtəlifliyin, bitki örtüyünün, floranın (o cümlədən meşələrin), faunanın (o cümlədən balıqların), su ehtiyatlarının, xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin bərpası, mühafizəsi və istifadəsi, həmçinin atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;

Ölkə ərazisində daxili sularda və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, onların qorunması və artırılması sahəsində dövlət nəzarətini həyata keçirmək;

Təhlükəli və təhlükəsiz, sənaye və məişət tullantılarının əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə dövlət nəzarətini həyata keçirmək;

Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlar, həmçinin yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirmək;

Təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanmasını və bu sahədə məlumat sisteminin (bazasının) yaradılmasını və formalaşdırılmasını həyata keçirmək;

Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;

Ətraf mühit və təbii sərvətlərdən səmərəli istifadə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Yaşıllıqların qorunub saxlanılmasına və bu sahədə mövcud olan qanun və qaydalara ciddi riayət olunmasına dövlət nəzarətini həyata keçirilməsi Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində fəaliyyətini tənzimləmək və nəzarət etmək;

Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək. Su hövzələrində balıq və digər bioloji resursların ovuna və mühafizəsinə dövlət nəzarətini həyata keçirmək. Öz səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə dövlət nəzarətini həyata keçirmək;
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər