“TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir

“TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “TAC” şirkətinin prezidenti Fuad Mehdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “TAC” şirkətinin prezidenti Fuad Mehdiyevdir.

“TAC” şirkətinin prezidenti Fuad Mehdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fuad Mehdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “TAC” şirkətinin prezidenti Fuad Mehdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir. Bizim şirkət əsasən iki əsas brend ilə tanınır: qablaşdırılmış bulaq suyu “Aquavita” və spirtsiz içkilər olan “Gülüstan”.

Təbii su “Aquavita” faydalı keyfiyyətlərini Qafqaz dağlarının qəlbindən götürür. Onun vətəni – Qafqaz, evi – dağların ətəyidir. Məhz burada, o, mineral duzlarla zənginləşir.

Nadir tərkibə malik olan “Aquavita” ideal balansa malik mineral duzlar və mikroelementlərlə zənqin olmaqla bizim orqanizm üçün zəruri olan maddələrin qəbulunu təmin edir və hər zaman onu tonusda saxlayır. Qüsursuz təmizliyə, mineral maddələr nisbətinin xüsusi balansına və yumşaq dada malik “Aquavita”nın, istehlakçının əlinə düşən zaman təbiiliyini qoruyub saxlaması, onu nəyinki yerli, hətta dünya bazarında başqa brendlərdən fərqləndirir.

“TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir


Harada olmağımızdan asılı olmayaraq, “Aquavita” suyunun hər damlasını daddıqca, biz Qafqaz dağlarının zirvələrinə səyahət etmiş oluruq. Suyun dadı, o, füsünkar təbiəti görmüş insanları xatirələrlə yaşadır. O yerlərdə olmayanlar üçün isə, bu damla - bir dəvətnamədir.

“Aquavita” iş, istirahət və idman vaxtı əvəzsizdir. “Aquavita”nın təkrarsız təmi istənilən nahar və şam süfrəsini tamamlamaqla ona mükəmməllik gətirir.

Bizim şirkətin növbəti, heç də az tanınmayan brendi “Gülüstan”dır. Spirtsiz içki “Gülüstan” – bizim uşaqlıgımızın dadıdır. Bu sərinləşdirici şirin içki hamıya sevimli ləzzəti bəxş etməklə susuzluq yanğımızı da çox gözəl yatırır.

“Gülüstan” Azərbaycanda kifayət qədər tanınmış içkilərdən olmaqla istənilən yaş qrupu üçün məsləhətlidir. “Gülüstan”nın istehsal olunan “Duşes”, “Tərxun”, “Feyxoa”, “Şəftalı”, “Albalı”, “Portağal”, “limon”, “Alma” və “Kola” çeşidli içkiləri olduqca məşhurdur.

“TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir


“Gülüstan” spirtsiz içkilər bazarında geniş yayılmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə istehsal olunan 0,5 – 2,0 l plastik qablarda alıcılara təqdim olunur.

Nə üçün böyüklər və uşaqlar bizim məhsullara üstünlük verir? Ona görə ki, bizim içkilər yüksək keyfiyyətli təbii artezian suyundan hazırlanır ki, onun da mənbəyi Qafqaz dağlarının dik təpələrlə əhatələnmiş, yaşıllıqlara qərq olan ətəyindədir. Bu su Qafqaz dağlarının unikal ekoloji sistemi sayəsində uzun zaman ərzində yer süxurları tərəfindən təbii yolla filtrasiya olunur. Ona görə “Aquavita” bu qədər keyfiyyətli və əla dada sahibdir. O, sağlam həyata töhfə verən, həqiqi qida dəyərinə malik məhsuldur.

Yerin təkindən əldə olunan kristal şəffaflığa, gözəl dada və ideal təmizliyə malik bu su, yerli və xarici texniki və texnolojı standartların tələblərinə cavab verən, spirtsiz içkilərin qablaşdırılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış xətlərdə qablara doldurulur. Məhsulun keyfiyyəti dəfələrlə beynalxalq sertifikatlarla dəyərləndirilib. Və yüksək ixtisaslı işçi heyəti tərəfindən bu keyfiyyətə müəssisədə tam nəzarət edilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər