Makrondan etiraf kimi açıqlama: qərarı narazılıq yaratdı

Makrondan etiraf kimi açıqlama: qərarı narazılıq yaratdı


Ukrayna müharibəsinin yaratdığı enerji böhranı ilə sarsılan Fransanın Prezidenti Emmanuel Makron canlı efirdə etiraf kimi açıqlamalar verib.

“France 2” verilişina qatılan Makron canlı yayım zamanı söylədikləri ilə diqqət çəkib.

“Çox sayda böhrandan keçirik”, - deyə o söyləyib.

Ukraynadakı müharibəyə və onun enerji qiymətləri ilə bağlı nəticələrinə, həmçinin Covid-19 epidemiyasına işarə edən Fransa lideri aşağıdakı ifadələrdən istifadə edib:
“Fırtınadan sağ çıxmaq üçün biz zəifləri qorumalı və güclüləri daha yaxşısını etməyə məcbur etməliyik. Mənim məqsədim daha ədalətli, dinc və güclü Fransa yaratmaqdır”.

Makron təqaüd yaşını üç il artıraraq 65-ə çatdıracaq və gənc nəslin daha uzun müddət işləməsini təmin edəcək pensiya islahatı həyata keçirəcəyini açıqlayıb. Fransa lideri dəyişikliklərin gələn ildən həyata keçirilməyə başlayacağını bildirib.

“Daha çox yaşadığımız üçün daha çox işləməliyik”-deyən Makronun sözləri müzakirələrə səbəb olub.

Makron əlavə edib ki, bu dəyişikliklərin həyata keçirilməməsi hökumətin pensiyaları azaltmalı olacağı anlamına gələcək.

Qeyd edək ki, Fransada pensiyaya yenidən baxılması 2019-cu ilin sonunda, Makronun ilk dövründə ölkə miqyasında tətillərə və etirazlara səbəb olmuşdu.
Hökumət daha sonra qərarın koronavirus pandemiyası səbəbindən dondurulduğunu açıqlamışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər